Baş məşqçi matç bitdikdən sonra qırmızı vərəqə aldı


"Fənərbağça"nın baş məşqçisi Xorxe Jesus "Adana Dəmirspor"la səfər matçının final fitindən sonra qırmızı vərəqə alıb.


AFN.az xəbər verir ki, buna səbəb onun oyunun baş hakimi Ali Palabıyıka etiraz etməsi olub. Super Liqanın 22-ci həftəsinin qapanış matçında "Fənərbağça" "Adana Dəmirspor"la 1:1 hesab ilə bərabərə qalıb. Bu nəticə ilə sarı-göylülər lider "Qalatasaray"dan 6 xal geriləyib.

Gərgin keçən oyundan sonra "Fənərbağça"nın baş məşqçisi Xorxe Jesus final fitindən sonra matçın hakimi Ali Palabıyıkın üzərinə gedərək etiraz edib. Baş məşqçinin etirazlarından sonra baş hakim Ali Palabıyık soyunub-geyinmə otağına gedərkən Xorxe Jesusa qırmızı vərəqə göstərib. Nəticədə 68 yaşlı təcrübəli mütəxəssis "Fənərbağça"nın gələn həftə Super Liqada çıxış edəcəyi "Konyaspor" matçında iştirak etmək imkanını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu