"Konyaspor" Mahir Emrelini TFF-yə sifariş edib


"Konyaspor" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini Türkiyə Futbol Federasiyasına (TFF) sifariş edib.

"AFN.az" xəbər verir ki, 26 hücumçunun adı TFF-dəki iştirak ərizəsinə salınıb.

Qeyd edək ki, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan forvardın Konya təmsilçisi ilə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Türkiyə Super Liqası martın əvvəlində bərpa ediləcək. "Konyaspor" XXIII turda "Fənərbağça"nın qonağı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu