"Binance" 9-cu ildönümünü qeyd edir
Dünyadakı kriptovalyuta sahiblərinin təxminən yarısı Binance-dən istifadə edir, ümumi ticarət həcmi isə 156 trilyon ABŞ dollarını ötüb
Kriptovalyuta birjasından çoxaktivli maliyyə platformasına: Binance qlobal istifadəçi icmasının dəstəyi ilə əldə etdiyi doqquz illik inkişafı qeyd edir və dünya üzrə üç milyard istifadəçiyə çatmağı hədəfləyir.
Ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjası olan Binance fəaliyyətinin doqquzuncu ildönümünü qeyd edir. Hazırda Binance ekosistemi 100-dən çox ölkədə 323 milyondan artıq qeydiyyatdan keçmiş istifadəçini birləşdirir.
Binance 2017-ci ilin iyul ayında fəaliyyətə başlayanda dünyada kriptovalyutaya sahib olan insanların sayı 6 milyondan az idi. Bu gün bu rəqəm 741 milyonu ötür ki, bu da on ildən az müddətdə 12 000%-dən çox artım deməkdir. Eyni dövrdə Binance-in istifadəçi bazası sıfırdan 323 milyon nəfərə yüksəlib. Nəticədə hazırda dünyadakı bütün kriptovalyuta sahiblərinin təxminən 43%-i Binance platformasından istifadə edir.
Bu göstərici rəqəmsal aktivlərin artıq niş maliyyə alətləri kateqoriyasından çıxaraq əsas maliyyə bazarının ayrılmaz hissəsinə çevrildiyi dövrdə əldə olunub. İnstitusional investorlar rekord səviyyədə fəallıq nümayiş etdirir, ETF-lər və rəqəmsal investisiya fondları artıq dövriyyədə olan bitkoinlərin 12%-dən çoxuna sahibdir. Eyni zamanda, G20 ölkələrində, Avropa İttifaqında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada tənzimləyici-hüquqi baza sürətlə inkişaf edir. Ənənəvi maliyyə ilə kriptoinfrastruktur arasındakı sərhədlər isə getdikcə daha da aradan qalxır.
Binance üçün doqquzuncu ildönümü təkcə əldə olunan inkişafın yekunlaşdırılması deyil, həm də şirkətin strateji məqsədinin təsdiqidir: üç milyarddan çox istifadəçiyə qlobal maliyyə bazarlarına çıxış təqdim edən dünyanın aparıcı maliyyə superətbiqinə çevrilmək.
Binance bu gün rəqəmlərlə
Dünya üzrə 323 milyon qeydiyyatdan keçmiş istifadəçi. Bu göstərici 2026-cı ilin birinci yarısı ilə müqayisədə 7% artıb və bütün kriptovalyuta sahiblərinin təxminən 43%-ni təşkil edir.
Şirkətin fəaliyyəti ərzində 156 trilyon ABŞ dollarından çox ümumi ticarət həcmi qeydə alınıb. Bu, 2025-ci ilin sonundakı göstəricidən (145 trilyon ABŞ dolları) 7,8% çoxdur. Həmin məbləğ ABŞ, Çin, Yaponiya, Almaniya və Böyük Britaniyanın ümumi illik ÜDM-ni üstələyir.
İnstitusional istifadəçilərin sayı 2026-cı ilin birinci yarısında 9% artıb.
2026-cı ilın mart ayından etibarən ənənəvi maliyyə alətləri (TradFi) üzrə aylıq ticarət həcmi 80 milyard ABŞ dollarını ötür.
2026-cı ilin birinci yarısında platformada əlçatan kriptovalyutaların sayı 11%, ticarət cütlərinin sayı isə 3% artıb.
Kriptovalyuta birjasından çoxaktivli platformaya
Son bir il ərzində Binance rəqəmsal aktivlər bazarındakı güclü mövqeyini qorumaqla yanaşı, məhsul xəttini əhəmiyyətli dərəcədə genişləndirərək səhmlər, ETF-lər və IPO-dan əvvəl şirkətlərin səhmləri üzrə müddətsiz müqavilələr kimi ənənəvi maliyyə alətlərini də platformaya daxil edib. Bütün bu məhsullar Binance-in öz blokçeyn infrastrukturu üzərində fəaliyyət göstərir və steyblkoinlərlə hesablaşmaları, bazarlara sutka ərzində fasiləsiz çıxışı, eləcə də müxtəlif aktiv sinifləri ilə vahid platformada işləmək imkanını təmin edir.
İlk nəticələr artıq bu məhsullara yüksək tələbat olduğunu göstərir:
2026-cı ilin mart ayından etibarən TradFi məhsulları üzrə aylıq ticarət həcmi 80 milyard ABŞ dollarını ötür.
2026-cı ilin iyun ayında istifadəyə verilən səhm ticarəti xidməti bir aydan az müddətdə idarəetmədə olan aktivlərin (AUM) həcmini 1 milyard ABŞ dollarına çatdırıb, ümumi ticarət həcmi isə 3 milyard ABŞ dollarını ötüb.
ABŞ şirkətlərinin səhmləri ilə 1:1 nisbətində tam təmin edilmiş tokenləşdirilmiş bStocks səhmləri istifadəyə verildikdən cəmi iki həftə sonra 100 milyon ABŞ dollarından çox AUM göstəricisinə çatıb.
bStocks üzrə ticarətin 47%-i ABŞ fond bazarının iş saatlarından kənarda həyata keçirilir ki, bu da sutka ərzində fasiləsiz ticarətə yüksək tələbatı təsdiqləyir.
Eyni zamanda, Binance-in əsas kriptovalyuta biznesi sabit inkişafını davam etdirir:
Ümumi ticarət həcmi 156,4 trilyon ABŞ dollarına çatıb. Bunun təxminən 11,4 trilyon ABŞ dolları yalnız 2026-cı ilin birinci yarısında qeydə alınıb.
İnstitusional istifadəçilərin sayı 9% artıb.
Bu artım 2026-cı ilin birinci yarısındakı daha mürəkkəb bazar şəraitinə baxmayaraq əldə olunub ki, bu da istifadəçilərin marağının qısamüddətli bazar dövrlərindən deyil, uzunmüddətli tendensiyalardan qaynaqlandığını göstərir.
Üç milyard istifadəçiyə doğru
Ənənəvi maliyyə məhsulları xəttinin genişləndirilməsi Binance-in ticarəti, ödənişləri, yığım alətlərini və qlobal maliyyə bazarlarına çıxışı vahid platformada birləşdirən dünyanın ən böyük maliyyə superətbiqini yaratmaq strategiyasını əks etdirir.
Şirkət diqqətini ənənəvi olaraq maliyyə institutları tərəfindən kifayət qədər əhatə olunmayan bazarlara yönəldir. Məhz bu bazarlarda blokçeyn texnologiyası daha əlçatan və miqyaslana bilən maliyyə xidmətləri təqdim etmək potensialına malikdir.
Sənaye məlumatlarına görə, hazırda təxminən 741 milyon insan kriptovalyutaya sahibdir, onlayn broker hesablarının sayı isə təxminən 630 milyondur. Beləliklə, kriptovalyuta infrastrukturu artıq istifadəçi sayı baxımından ənənəvi broker platformalarını geridə qoyub.
Rəhbərlikdən
Binance-in həmtəsisçisi və həmicraçı direktoru (Co-CEO) Yi He bildirib:
"Doqquz il əvvəl qarşımıza bütün dünyada insanların maliyyə azadlığını genişləndirmək məqsədi qoymuşduq. Bu qədər sadə bir ideyadan yola çıxaraq, bu gün biz həm inkişaf etməkdə olan bazarlarda fəaliyyət göstərən fərdi investorlar, həm də qlobal maliyyə mərkəzlərindəki institusional iştirakçılar üçün işləyən infrastruktur yaratmışıq. 2017-ci ildə dünyada kriptovalyutaya sahib olan insanların sayı 6 milyondan az idi. Bu gün onların sayı artıq 741 milyona çatıb və onlardan 323 milyonu Binance-dən istifadə edir. Bu, sadəcə artım deyil, insanların maliyyə xidmətlərinə çıxış üsulunda baş vermiş fundamental dəyişiklikdir. Və bu yalnız başlanğıcdır."
Binance-in həmicraçı direktoru (Co-CEO) Riçard Tenq əlavə edib:
"323 milyon insan öz vəsaitlərini bizə etibar edib və biz bu etimadı böyük məsuliyyət kimi qəbul edirik. Hər bir qərarımız, hər yeni məhsulumuz və daxil olduğumuz hər yeni bazar bir sualla başlayır: bu, istifadəçilərimizə fayda verirmi? Bu qədər böyük bir kütlənin - dünyadakı bütün kriptovalyuta sahiblərinin 43%-nin Binance-dən istifadə etməsi bizim üzərimizə böyük öhdəliklər qoyur. Ənənəvi maliyyə ilə kripto sənayesi getdikcə daha sıx inteqrasiya olunduqca, bu etimad daha da böyük əhəmiyyət kəsb edir. Kriptovalyutalardan kənara çıxaraq səhmlər, ETF-lər və tokenləşdirilmiş qiymətli kağızlar sahəsinə daxil olmağımız istifadəçilərə qlobal maliyyə bazarlarına çıxış imkanı yaratmaq missiyamızın məntiqi davamıdır."
Sizin sayənizdə yaradılıb...
Bu il Binance yubileyini Built by You ("Sizin sayənizdə yaradılıb") şüarı altında qeyd edir.
Şirkət vurğulayır ki, son doqquz ildə qazandığı uğurlar milyonlarla istifadəçinin ticarət aparması, öyrənməsi, məhsullar yaratması və Binance ekosisteminin inkişafına töhfə verməsi sayəsində mümkün olub.
Yubiley münasibətilə Binance Built by You adlı qlobal kampaniyaya start verir. Kampaniya çərçivəsində ümumi mükafat fondu 4,5 milyon ABŞ dollarınadək təşkil edir. Bundan əlavə, istifadəçilər Binance ekosisteminin müxtəlif istiqamətlərinə həsr olunmuş doqquz məkanı özündə birləşdirən virtual Binance City şəhəri üzrə interaktiv səyahətdə iştirak edə biləclər.
Bu press-relizdə qeyd olunan bəzi məhsul və xidmətlər ayrı-ayrı regionlarda mövcüd olmaya bilər.
***
Binance отмечает девятую годовщину
Pочти половина всех владельцев криптовалют пользуются Binance, совокупный объем торгов превысил $156 трлн, а компания расширяет свое видение за пределы криптовалют
От криптовалютной биржи к мультиактивной финансовой платформе: Binance отмечает девять лет роста, достигнутого благодаря глобальному сообществу пользователей, и ставит перед собой цель привлечь три миллиарда пользователей по всему миру.
Binance, крупнейшая в мире криптовалютная биржа по объему торгов, отмечает свою девятую годовщину. Сегодня экосистема Binance насчитывает более 323 миллионов зарегистрированных пользователей более чем в 100 странах.
Когда Binance начала работу в июле 2017 года, криптовалютой владело менее 6 миллионов человек по всему миру. Сегодня эта цифра превышает 741 миллион, что означает рост более чем на 12 000% менее чем за десятилетие. За тот же период пользовательская база Binance выросла с нуля до 323 миллионов человек, благодаря чему сегодня примерно 43% всех владельцев криптовалют в мире используют Binance.
Этот рубеж достигнут в период, когда цифровые активы окончательно переходят из категории нишевых финансовых инструментов в мейнстрим. Институциональные инвесторы демонстрируют рекордную активность, ETF и цифровые инвестиционные фонды уже владеют более чем 12% находящегося в обращении биткоина, а нормативно-правовая база активно развивается в странах G20, Европейском союзе, на Ближнем Востоке и в Юго-Восточной Азии. Границы между традиционными финансами и криптоинфраструктурой становятся все менее заметными.
Для Binance девятая годовщина является не только поводом подвести итоги роста, но и подтверждением стратегической цели компании: стать ведущим мировым финансовым супераппом, предоставляющим доступ к глобальным рынкам для более чем трех миллиардов пользователей.
Binance сегодня в цифрах
323 млн зарегистрированных пользователей по всему миру, что на 7% больше по сравнению с первым полугодием 2026 года и составляет около 43% всех владельцев криптовалют.
Более $156 трлн совокупного объема торгов за всю историю компании, что на 7,8% превышает показатель конца 2025 года ($145 трлн). Эта сумма превосходит совокупный годовой ВВП США, Китая, Японии, Германии и Великобритании.
Число институциональных пользователей выросло на 9% в первом полугодии 2026 года.
С марта 2026 года объем торгов традиционными финансовыми инструментами (TradFi) превышает $80 млрд ежемесячно.
В первом полугодии 2026 года количество доступных криптовалют увеличилось на 11%, а торговых пар — на 3%.
От криптобиржи к мультиактивной платформе
За последний год Binance значительно расширила линейку продуктов, включив в нее традиционные финансовые инструменты, такие как торговля акциями, ETF и бессрочные контракты на акции компаний до IPO, сохранив при этом сильные позиции на рынке цифровых активов. Все эти продукты работают на собственной блокчейн-инфраструктуре Binance, обеспечивая расчеты в стейблкоинах, круглосуточный доступ к рынкам и возможность работать с различными классами активов на одной платформе.
Первые результаты уже демонстрируют высокий спрос:
С марта 2026 года ежемесячный объем торгов TradFi-продуктами превышает $80 млрд.
Запущенный в июне 2026 года сервис торговли акциями достиг $1 млрд активов под управлением (AUM) менее чем за месяц, а совокупный объем торгов превысил $3 млрд.
Токенизированные акции bStocks, полностью обеспеченные акциями американских компаний (1:1), превысили $100 млн AUM всего за две недели после запуска.
47% торгов bStocks осуществляется вне часов работы американского фондового рынка, что подтверждает высокий спрос на круглосуточную торговлю.
При этом основной криптовалютный бизнес Binance продолжает демонстрировать устойчивый рост:
Совокупный объем торгов достиг $156,4 трлн, увеличившись примерно на $11,4 трлн только за первое полугодие 2026 года.
Количество институциональных пользователей выросло на 9%.
Рост был достигнут несмотря на более сложные рыночные условия первой половины 2026 года, что свидетельствует о долгосрочном интересе пользователей, а не о краткосрочных рыночных циклах.
На пути к трем миллиардам пользователей
Расширение линейки традиционных финансовых продуктов отражает стратегию Binance по созданию крупнейшего в мире финансового супераппа, объединяющего торговлю, платежи, накопления и доступ к глобальным рынкам на единой платформе.
Компания делает ставку на рынки, которые традиционно оставались недостаточно охваченными финансовыми институтами, где блокчейн способен обеспечить более доступные и масштабируемые финансовые сервисы.
По данным отрасли, сегодня криптовалютами владеют около 741 миллиона человек, тогда как количество онлайн-брокерских счетов составляет примерно 630 миллионов. Таким образом, криптовалютная инфраструктура уже охватывает больше пользователей, чем традиционные брокерские платформы.
Комментарии руководства
Сооснователь и со-CEO Binance Йи Хэ отметила:
«Девять лет назад мы поставили перед собой цель расширить финансовую свободу людей во всем мире. Сегодня мы создали инфраструктуру, которая работает для каждого, будь то частный инвестор на развивающемся рынке или институциональный участник мирового финансового центра. В 2017 году криптовалютой владело менее 6 миллионов человек. Сегодня их уже 741 миллион, и 323 миллион используют Binance. Это не просто рост, а фундаментальное изменение того, как люди получают доступ к финансовым услугам. И это только начало».
Со-CEO Binance Ричард Тенг добавил:
«323 миллиона человек доверили нам свои средства, и мы воспринимаем это доверие с огромной ответственностью. Каждое наше решение, каждый новый продукт и каждый новый рынок начинаются с вопроса: приносит ли это пользу нашим пользователям? Сегодня 43% всех владельцев криптовалют в мире используют Binance. По мере того как традиционные финансы и криптоиндустрия все больше объединяются, это доверие становится еще более значимым. Выход за пределы криптовалют в сферу акций, ETF и токенизированных ценных бумаг является логичным продолжением нашей миссии по предоставлению пользователям доступа к глобальным финансовым рынкам».
«Создано вами»
В этом году Binance отмечает юбилей под девизом Built by You («Создано вами»).
Компания подчеркивает, что ее успех за последние девять лет стал возможен благодаря миллионам пользователей, которые торговали, обучались, создавали продукты и развивали экосистему Binance.
В честь годовщины Binance запускает глобальную кампанию Built by You, которая включает призовой фонд до 4,5 млн долларов США и интерактивное путешествие по девяти локациям виртуального города Binance City, каждая из которых посвящена различным направлениям экосистемы Binance.
Некоторые продукты и сервисы, упомянутые в данном пресс-релизе, могут быть недоступны в отдельных регионах.



