ABŞ-ın İordaniyadakı bazası atəşə tutuldu: təyyarələr zədələndi


İranın sentyabrın 9-na keçən gecə İordaniyadakı aviabazaya endirdiyi zərbələr nəticəsində ABŞ-a məxsus bir neçə hərbi təyyarə zədələnib.

AFN.az CBS telekanalına istinadən xəbər verir ki, Muvəffaq əs-Səlti aviabazasına hücum zamanı bir A-10 Thunderbolt təyyarəsinin qanadı zədələnib.

Telekanalın mənbələrinin məlumatına görə, daha 8 F-15 qırıcısı da zərbələrdən zərər görüb. Onların aldığı zədələr ciddi olmayıb və təyyarələr yenidən istismara qaytarılıb.

ABŞ qüvvələri hücumun qarşısını almaq üçün "Patriot" hava hücumundan müdafiə sistemlərindən 30-dan çox raketdən istifadə edib.

CBS-nin məlumatına görə, hücumlar nəticəsində İordaniyada yerləşən ABŞ hərbçiləri arasında ölənlər barədə məlumat daxil olmayıb.

İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin İranın 18 ballistik raketini havada vurduğunu, daha iki raketin isə yaşayış olmayan ərazilərə düşdüyünü bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu