Bessent: Tramp yatmaqdan imtina edir
ABŞ maliyyə naziri Skott Bessent Prezident Donald Trampın iş rejiminin son dərəcə gərgin olduğunu bildirib.
AFN.az "Newsweek"ə istinadən xəbər verir ki, Bessent Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri öncəsi keçirilən ilk milli qurultayında Trampın yuxu rejimi ilə bağlı maraqlı açıqlama verib.
"Biz oyaq qala bilməyən prezidentdən yatmaqdan imtina edən prezidentə keçdik", - deyə Bessent bildirib.
Bessentin sözləri Trampın gecə saatlarında belə aktiv işləməsi ilə bağlı daha əvvəl yayılan məlumatları gündəmə gətirib.
"The Wall Street Journal" ilin əvvəlində yazmışdı ki, ABŞ Prezidenti gecə saat 2-də və ya daha gec vaxtlarda köməkçiləri ilə tez-tez əlaqə saxlayır.
Tramp özü də qəzetə açıqlamasında çox yatmadığını etiraf edib.
