Trampla Putinin sonuncu telefon danışığı necə baş tutub? - Bessent açıqladı


ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonda Aİ liderləri və Vladimir Zelenskinin görüşündən sonra Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında söhbətin təfərrüatlarını paylaşıb.

AFN.az xəbər verir ki, "Fox News"a müsahibəsində Rusiya prezidentinə zəng etmək və ya mesaj göndərmək təklifini şərh edən Bessent deyib ki, Putin Trampla söhbətə çox vaxtının olmadığını bildirib: “Daha 15 dəqiqə qalacağam, yoxsa sabah zəng edə bilərsən”, – deyə maliyyə naziri Putindən sitat gətirib.

Bazar ertəsi Tramp Zelenski ilə, daha sonra onu dəstəkləməyə gələn Aİ liderləri ilə görüşüb. Tramp və Zelenskinin təkbətək söhbəti təxminən bir saat davam edib. Bundan sonra Amerika prezidenti Zelenskinin iştirakı ilə avropalı siyasətçilərlə görüşüb.

Daha sonra isə Tramp Rusiya lideri Vladimir Putinə zəng edib. Onların arasında 40 dəqiqəyə qədər çəkən danışıq reallaşıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu