Putinlə Tramp arasında telefon danışığı bitdi


Vladimir Putin və Donald Tramp arasında iki saatdan çox davam edən telefon danışığı baş tutub

AFN.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığını yekunlaşdırdıqdan sonra jurnalistlərə açıqlama verib.

Putin bildirib ki, söhbət iki saatdan çox davam edib və olduqca informativ, səmimi və faydalı olub:

“Söhbət oldu, iki saatdan çox davam etdi. Bu, çox informativ və çox səmimi idi və ümumilikdə, mənim fikrimcə, çox faydalı idi”, – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, bu telefon danışığı Rusiya və ABŞ liderləri arasında cari ilin əvvəlindən bəri üçüncü olub. Daha əvvəl tərəflər 12 fevral və 18 mart tarixlərində telefon əlaqəsi saxlayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu