Putinlə Tramp 3 saatdan çox telefonla danışıblar

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, onların danışığı təxminən 3 saat çəkib. Əsas müzakirə mövzusu Ukraynadakı müharibə olan danışıqların yekunu ilə bağlı hələlik açıqlamalar verilməyib.
Qeyd edək ki, Trampla Putin bundan əvvəl fevralın 12-də telefonla danışıblar. Onlar arasında fevral razılaşmaları arasında ən mühümü Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqlarının başlaması olub. Hər iki söhbət zamanı liderlər həm ikitərəfli münasibətlərin bərpasını, həm də Ukraynada nizamlanmanı müzakirə ediblər.