"Bloomberg": Tramp-Putin görüşü gələn həftə baş tuta bilər

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ikitərəfli görüş gələn həftə Səudiyyə Ərəbistanında təşkil oluna bilər.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşr mənbələrə istinadən xəbər verir ki, ABŞ və Rusiya rəhbərliyi bu gün Ər-Riyadda baş tutan görüş zamanı iki liderin sammitinin keçirilməsinə razılaşa bilər. Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının paytaxtında Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqların gələn həftə iki prezident arasında görüş üçün “yol açması mümkündür”.
Danışıqlarda iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, nümayəndə heyətləri digər məsələlərlə yanaşı, iki prezident arasında mümkün görüşü də müzakirə edəcəklər: "Əsas odur ki, bizimlə Vaşinqton arasında münasibətlərin real normallaşmasına başlamaq lazımdır".