Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda danışıqlara başlayıb

Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları başlayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Görüş kral ailəsinin saraylarından birində - Albasatin kompleksindəki Diriyahda keçirilir.
Danışıqlar masasında Rusiya Federasiyasını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edirlər. Onların qarşısında üç amerikalı müzakirəçi dayanır: ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff.
Masanda Səudiyyə Ərəbistanının nümayəndələri də iştirak edir.
Görüş yerinə eyni vaxtda Rusiya və Amerika mediasının nümayəndələri gəlib.