Kreml ABŞ-la danışıqlar qrupu formalaşdırır


Rusiya artıq ABŞ-la danışıqlar, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə etmək üçün qrup formalaşdırmağa başlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin onun tərkibi ilə bağlı qərarı daha sonra açıqlanacaq.

Peskov qrupa kimin rəhbərlik edə biləcəyi haqda sualı da cavablandırıb. Bildirib ki, bu, Putinin müvafiq qərarlar verdikdən sonra açıqlanacaq.

ABŞ prezidenti Donald Tramp Moskva və Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara yubanmadan başlamaq niyyətində olduğunu bildirib. O, danışıqların aparılması üçün dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, onun milli təhlükəsizlik müşaviri Maykl Vals və xüsusi elçi Stiv Vitkoffdan xahiş etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu