Putin Şolz vasitəsilə Zelenskiyə heç bir mesaj göndərməyib - Peskov
Rusiya prezidenti Vladimir Putin Kiyevdə səfərdə olan Almaniya kansleri Olaf Şolz vasitəsilə Vladimir Zelenskiyə heç bir mesaj çatdırmayıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi jurnalistlərin Putinin Zelenskiyə Şolz vasitəsilə hansısa mesajı çatdırıb-çatdırmadığı haqda sualına cavab verərkən belə mesajın olmadığını deyib.