Putinin mövqeyində heç nə dəyişməyib - Şolz
Almaniya kansleri Olaf Şolz bir sıra həmkarlarının tənqidinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı qərarının düzgün olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu” (G20) sammiti çərçivəsində keçirilən mətbuat konfransında danışıb.
Eyni zamanda, Almaniya kansleri qeyd edib ki, Rusiya Federasiyasının rəhbərinin mövqeyində heç nə dəyişməyib və bu, Şolzun fikrincə, qəbuledilməzdir.
Noyabrın 15-də Şolz Putinlə danışıqlar aparıb. Dialoq Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Şolz Ukraynada sülh yolu ilə nizamlanmaya başlamağın zəruriliyini qeyd edib.