Şolz Putinlə Ukraynada nizamlanmanı müzakirə etməyə hazırdır


Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyə hazır olduğunu açıqlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bundestaqda çıxış edən Almaniya hökumətinin başçısı Rusiyanın iştirakı ilə Ukrayna ilə bağlı konfransın keçirilməsinin tərəfdarı olduğunu bildirib. “Bizdən Rusiya prezidenti ilə danışıb-danışmayacağımızı soruşduqda "bəli" cavabı veririk”, - deyə Şolz bildirib.

O vurğulayıb ki, sülhə nail olmaq üçün səylərdə aydın prinsiplər var. Kanslerin fikrincə, mümkün qərarlar Ukraynanın arxasında və heç vaxt tərəfdaşlarla razılaşmadan qəbul edilə bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu