Almaniya İsrailə silah tədarükünü davam etdirəcək


Almaniya kansleri Olaf Şolz İsrailə silah tədarükünü davam etdirəcəklərini bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Şolz Qəzzada başlayan hadisələrin birinci ildönümü münasibətilə Federal Parlamentdə keçirilən iclasda iştirak edib.

İclasda Almaniyanın ana müxalifətindəki Xristian Demokratik Birlik Partiyası CDU-nun sədri Fridrix Merzin Almaniya hökumətinin İsrailə göndəriləcək silah ixracına icazə verməməklə bu ölkəyə kifayət qədər dəstək vermədiyini bildirib. Cavabında Şolz bildirib ki, Almaniya İsrailə silah verməmək qərarına gəlməyib: "Silah verdik və etməyə də davam edəcəyik. Bu, Almaniya hökumətinin mövqeyidir”.

Ölkədə silah ixracına icazə verən qərarlar verən Federal Təhlükəsizlik Şurasının burada məxfilik qaydalarını pozmayacağını vurğulayan Şolz, “Ancaq hökumət olaraq digər tədarüklərin də tezliklə həyata keçirilməsini təmin etmək qərarına gəldik. Onda görəcəksiniz ki, bu, saxta ittihamdır” - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu