Şolz onu axmaq adlandıran Maska cavab verdi
Almaniya kansleri Olaf Şolz milyarder İlon Maskın onu axmaq adlandırdığı paylaşımına cavab verib.
Muskın mesajından hirslənib-hirslənməməyi ilə bağlı suala Almaniya kansleri belə cavab verib: “Bu, məni şərəfləndirir”.
O, həmçinin əlavə edib ki, o, texnoloji milyarderlərin fəaliyyəti ilə bağlı şərh verməyə özünü borclu hesab etmir. "O, dövlət başçısı deyil" - deyə Şolz bildirib.
Keçən həftə Şolz hökumətinin dağılması ilə bağlı xəbərləri şərh edən Mask X-də alman dilində yazıb: “Olaf ist ein Narr” (“Olaf axmaqdır”).