Trampın Ankara proqramı məlum olub
Ankaranın ev sahibliyi ilə keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Sammitinə sayılı saatlar qalıb.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sabah Ankaraya gələcək və Ağ Ev artıq onun proqramını elan edib.
ABŞ Prezidenti Tramp Ankaraya sabah günortadan sonra çatacaq və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq.
Tramp Dövlət Qarşılama Mərasimi və Fəxri Qarovul dəstəsinin keçid mərasiminə qatıldıqdan sonra Prezident Ərdoğan ilə ikitərəfli görüşə keçəcək.
Çərşənbə günü Tramp NATO-nun rəsmi qarşılama mərasimi və ailə fotosunun çəkilişində iştirak etdikdən sonra NATO Liderlərinin İşçi İclasına qatılacaq.
ABŞ Prezidenti çərşənbə günü günortadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə də ikitərəfli görüşlər keçirəcək.
Tramp həmin gün Ankaradan ayrılmamışdan əvvəl mətbuat konfransı təşkil edəcək.



