Ərdoğan NATO-Ukrayna Komissiyasının iclasında iştirak edir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil edilən NATO-Ukrayna Dövlət və Hökumət Başçıları Toplantısında iştirak edib.


AFN.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Albaniyanın baş naziri Edi Rama ilə iclasın keçiriləcəyi salona gəlib. Ərdoğan ABŞ prezidenti Co Bayden və NATO-nun baş katibi Yens Stoltenberqlə söhbət edib.

Ukrayna prezidenti Vladimir Zelenski də zala daxil olduqdan sonra əl sıxaraq Ərdoğan, Bayden və Stoltenberqlə müzakirələrə qoşulub.

Görüş zamanı Ərdoğanla çiyin-çiyinə oturan Zelenski sessiyadan əvvəl digər ölkələrin dövlət və hökumət başçıları tərəfindən alqışlarla qarşılanıb.

NATO-Ukrayna Komissiyasının dövlət və hökumət başçılarının iclası mətbuata qapalı keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu