Zelenski NATO-ya üzvlüklə bağlı ərizəni imzaladı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.
Bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO alyansının bir hissəsidir.
“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir… Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, – Zelenski deyib.
Zelenski qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib: “De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.