Ukrayna-NATO Şurasının yaradılması tarixi açıqlanıb

NATO-nun iyulda Litvada keçiriləcək sammitində Ukrayna-NATO Şurasının yaradılması planlaşdırılır.
AFN.az xəbər verir ki, o nun yaradılması şərtlərini Avropa rəsmilərinə və NATO mənbələrinə istinadən "Wall Street Journal" açıqlayıb.
Ukrayna Prezidenti Vladimir] Zelenski Litvada keçiriləcək NATO sammitində iştirak edəcək. Burada alyansın gələcək üzvlüyə keçid kimi xidmət edəcək NATO-Ukrayna Şurası kimi tanınan yeni qurum yaratması gözlənilir.