Stoltenberq: "Litvada Ukraynaya uzunmüddətli yardım paketi qəbul ediləcək"


NATO-nun baş katibi Yens Stoltenberq Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində müttəfiqlərin Ukraynanı NATO standartlarına yüksəldəcək uzunmüddətli yardım paketini qəbul edəcəklərini bildirib.


Stoltenberq bu barədə Almaniyanın "Tagesspiegel" qəzetinə verdiyi açıqlamada bildirib. O, qeyd edib ki, NATO-nun dəstəyilə Ukrayna ordusu keçmiş sovet tipli ordudan müasir gücə çevriləcək, NATO standartlarına uyğun fəaliyyət göstərəcək.

Bu kontekstdə Ukrayna ilə siyasi əlaqələrin intensivləşəcəyini vurğulayan Stoltenberq, NATO ölkələrinin Ukraynaya hərtərəfli hərbi dəstəyi davam etdirməyi öhdəsinə götürmələrini gözlədiyini də dilə gətirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu