Zelenski NATO-nun baş katibini təcili olaraq Ukrayna-NATO Şurasını çağırmağa səsləyib


Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqə Ukrayna-NATO Şurasının təcili çağırılmasını təklif edib.


Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, Zelenski yaxın günlərdə keçiriləcək Şurada Qara dənizdəki vəziyyəti və “taxıl dəhlizi”nin işini müzakirə etməyi istəyib.
Zelenski yenidən ölkənin prioritetini şərtlər imkan verdiyi zaman NATO-ya erkən daxil olmaq olduğunu deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu