Slovakiya Ukraynadakı müharibəni maliyyələşdirməyəcək - Fiko
Slovakiya Ukraynadakı münaqişənin uzadılması üçün nəzərdə tutulan maliyyə dəstəyində iştirak etməyəcək.
AFN.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fiko NATO sammiti ərəfəsində TASS agentliyinə bildirib.
"NATO-nun Baş katibi Mark Rütteyə mövqeyimizi çatdırdım. Slovakiya Ukraynadakı müharibəni dəstəkləmək üçün heç bir kredit, qrant, zəmanət və ya maliyyə mexanizmində yer almayacaq. Biz yalnız humanitar yardımları davam etdirəcəyik", - deyə Baş nazir vurğulayıb.
Fiko münaqişənin hərbi həllinin olmadığını qeyd edərək, Brüsselin bu məsələdəki mövqeyini tənqid edib.
