İtaliya maliyyə çatışmazlığı səbəbindən hərbi layihələrini təxirə salır


İtaliya ağır hərbi texnika təminatında yaranan problemlərə görə NATO qarşısında öhdəlik götürdüyü iki hərbi diviziyanın formalaşdırılmasını təxirə salmaq məcburiyyətində qalıb.

AFN.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb. Məlumata görə, Roma lazımi maliyyə vəsaiti tapılmadığı üçün Almaniyanın "Rheinmetall" konserninə sifariş edilən "Panther" tanklarının və "Lynx" piyadaların döyüş maşınlarının satınalmasını dayandırıb. Cəmi 24 milyard avro dəyərində olan bu irimiqyaslı layihənin İtaliyanın "Leonardo" konserninin komponentləri ilə yerli məkanda yığılması nəzərdə tutulurdu.

Müqavilələrin iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinədək imzalanması planlaşdırılsa da, xəzinədə pulun olmaması səbəbindən proses dondurulub. Qəzet qeyd edir ki, rəsmi Roma Avropa İttifaqının müdafiə investisiya proqramından (SAFE) götürəcəyi kreditləri kəskin azaltdığı üçün layihənin büdcə təminatı tamamilə itib. Nəticədə İtaliya Ankara sammitində həm NATO, həm alman tərəfdaşları, həm də istehsalçılar qarşısında çətin vəziyyətlə üzləşib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu