Hindistanda "iPhone 18"in məlumatlarının sızdırılması ilə bağlı araşdırma başladılıb



Hindistanda "Apple" şirkətinin ölkədə istehsal olunan və hələ satışa çıxarılmamış "iPhone 18 Pro" modelinə aid sənədlərin sızdırılması ilə bağlı araşdırma başladıldığı bildirilib.

AFN.az xəbər verir ki, "Asian News International" (ANI) agentliyinin məlumatına görə, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin müşaviri S. Krişnan 2 iyulda jurnalistlərə verdiyi açıqlamada "iPhone 18 Pro" modelinə dair məlumat sızması ilə bağlı təhqiqatın başladıldığını elan edib.

Krişnan sözügedən hadisə barədə Hindistanın kompüter təhlükəsizliyi məsələlərinə məsul olan əsas qurumu — Kompüter Fövqəladə Hallara Cavab Qrupuna (CERT-In) məlumat verildiyini qeyd edib.

"World Leaks" adlı kibercinayətkar qruplaşması "Apple"ın Hindistandakı istehsalçısı "Tata Electronics"dən oğurlanmış məxfi sənədləri və "iPhone 18 Pro" modellərinin zavoddakı sınaq fotolarını 30 iyunda "dark web" forumlarında sızdırmışdı.

Sızdırılan sənədlər arasında telefonun əsas dövrə lövhəsindəki çip yerləşimi, batareya komponentləri, kamera detalları və bu hissələri istehsal edən tədarükçü şirkətlərin adları yer alıb.

Hadisədən sonra "Apple" bu kiberhücumla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu