Ruslar rusofobiyaya görə Finlandiyanı tərk edir - aktivist


Finlandiyada yaşayan ruslar və rusiyayönümlü finlər ölkədəki rusofobiya siyasətinə görə mühacirət etmək məcburiyyətində qalırlar.

AFN.az xəbər verir ki, bu barədə Rusiyaya köçən fin aktivist Salli Rayski TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2022-ci ildən sonra ölkədə rusofobiya kəskinləşib, mediada və parlamentdə rus dilinə mənfi yanaşma formalaşıb. Aktivist qeyd edib ki, bu təzyiqlər səbəbindən təkcə ruslar deyil, həm də yerli finlər ölkəni tərk etməyə başlayıblar.

Rayski əlavə edib ki, Rusiyadakı səfərbərlikdən və ya cinayət təqibindən qaçaraq Finlandiyada siyasi sığınacaq alan bəzi Rusiya vətəndaşlarının hazırda geri deportasiyasına başlanılıb. Bundan əlavə, təhlükəsizlik, işini itirməmək və daşınmaz əmlak əməliyyatları apara bilmək üçün ilin əvvəlindən bəri ikili vətəndaşlığı olan təxminən 500 nəfər Rusiya vətəndaşlığından imtina edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu