Rusiya vətəndaşlarının Avropaya səyahətinə qadağa qoyula bilər


Polşa Prezidenti Anjey Duda Ukraynanın şərqində vəziyyətin gərginləşəcəyi təqdirdə ruslar üçün səyahət blokadasının mümkünlüyünü açıqlayıb.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə o, Kiyevdə Ukrayna və Litva prezidentləri Volodimir Zelensky və Gitanas Nauseda ilə birgə mətbuat konfransında bildirib.

“Təəssüf ki, sanksiyalar çox güclü olmalıdır. Mən Rusiyanın qonşusu olaraq bunu təəssüflə edəcəm, məsələn, Rusiya vətəndaşlarının səyahət imkanlarını əngəlləyən sanksiyaların lehinə çıxış edəcəyəm. Biz sülh və əmin-amanlığa çağırırıq. Bir çox rusları tanıyan Polşa prezidenti kimi mən şübhə etmirəm ki, ruslar - böyük Rusiya dövlətinin adi sakinləri sülh şəraitində yaşamaq istəyirlər, döyüşmək istəmirlər, öz gələcəklərini qurmaq istəyirlər, özlərini yaxşı və dürüst insanlar, dünya vətəndaşları kimi görmək istəyirlər”, - deyə Duda qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu