Polşa Rusiyanı Kalininqradda nüvə silahı yerləşdirməkdə ittiham edib
Polşa prezidenti Anjey Duda Rusiyanın Kalininqrad vilayətində nüvə silahı yerləşdirməsinin mümkünlüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, o, Moskvanı “düşmən, aqressiv siyasət” yürütməkdə ittiham edib. Anjey Dudanın fikrincə, bu, bütün beynəlxalq müqavilələrin pozulmasından, həmçinin nüvə başlıqlı Rusiya raketlərinin yerləşdiyi Kalininqrad vilayətinin hərbiləşdirilməsindən ibarətdir. Lakin Polşa lideri iddiasına heç bir sübut təqdim etməyib.
Bundan əvvəl Anjey Duda ölkəsinin ABŞ-ın nüvə silahını öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib. Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Rusiya Silahlı Qüvvələrinin dövlətin təhlükəsizliyi üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.