Nigeriyada 17 milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzədir



Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Nigeriyada 17 milyondan çox insanın aclıq təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramından (WFP) verilən açıqlamada son ərzaq təhlükəsizliyi analizinə əsasən, münaqişələrdən təsirlənən Nigeriyanın şimalındakı 9 əyalətdə 17 milyondan çox insanın aclıq təhlükəsi ilə üz-üzə olduğu qeyd edilib.

Açıqlamada bu rəqəmin əvvəlki qiymətləndirmə ilə müqayisədə təxminən 2 milyon nəfər artdığı vurğulanaraq, Nigeriyanın şimalında ərzaq və qidalanma yardımları, eləcə də kritik logistika dəstəyinin davam etdirilə bilməsi üçün növbəti altı ay ərzində 89 milyon dollarlıq təcili maliyyə vəsaitinə ehtiyac duyulduğu ifadə edilib.

Təhlükəsizlik problemləri və maliyyə çatışmazlığı səbəbindən yardım fəaliyyətlərinin ləngidiyi bildirilən açıqlamada şimal-şərqdəki üç ştatda ərzaq qıtlığı yaşayan 6,2 milyon insandan yalnız təxminən 740 mininə yardım çatdırıla bilindiyi diqqətə çatdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu