BMT: Qəzzada 570 mindən çox insan aclıqla üzləşib
BMT Qəzzada 570 mindən çox insanın fəlakətli aclıqla üzləşdiyi barədə xəbərdarlıq edib.
Qərərgahı Romada olan Ümumdünya Ərzaq Proqramının Qəzzadakı vəziyyətlə bağlı verdiyi açıqlamada deyilir: “Qəzzada hər dörd evdən biri hazırda həddindən artıq aclıqla üzləşir və yeni “İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələsinə” uyğun olaraq kifayət qədər qida ehtiyatına malik deyildir. Ərzaq, təmiz su, səhiyyə və kanalizasiya xidmətlərinə çıxış təmin edilməsə aclıq riski var".
Ümumdünya Ərzaq Proqramının Qəzza üçün son ərzaq təhlükəsizliyi təhlili hesabatında Qəzzanın bütün əhalisinin (təxminən 2,2 milyon nəfər) böhran və ya daha da kəskin şəkildə qida çatışmazlığı yaşadığı bildirilir.
"IPC hesabatında qəzzalıların 26 faizinin (576 min 600 nəfər) qida ehtiyatlarının və mübarizə imkanlarının tükəndiyi, fəlakətli aclıqla (IPC Faza 5) üzləşdiyi vurğulanıb" - deyə bəyanatda qeyd olunub.
IPC-nin hesabatında həmçinin qeyd olunub ki, intensiv münaqişə və məhdud humanitar çıxışın mövcud vəziyyəti davam edərsə, növbəti 6 ayda aclıq riski artacaq.