Tramp: Xameneinin dəfninə görə İrana danışıqlarda bir həftəlik fasilə verdik
ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin dəfni ilə əlaqədar Vaşinqtonun Tehrana danışıqlarda bir həftəlik fasilə verdiyini bəyan edib.
AFN.az xəbər verir ki, Tramp bu barədə 4 İyul – ABŞ-ın Müstəqillik Günü münasibətilə Cənubi Dakota ştatındakı Raşmor dağının ətəyində çıxışı zamanı bildirib. "Onlar razılığa gəlməyə can atırlar, buna çox ehtiyacları var. Dəfn mərasiminə görə biz onlara bir həftəlik fasilə verdik", - deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, iyulun 3-də Tehranda İranın həlak olmuş ali dini lideri ilə vida mərasimi başlayıb.
"The Wall Street Journal" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp köməkçilərinə Tehranla danışıqların qarşılıqlı anlaşma memorandumunda nəzərdə tutulmuş 60 günlük son müddəti keçməsində heç bir problem görmədiyini bildirib.
