İspaniyada meşə yanğınları səbəbindən 50 min nəfər təxliyə edilib
İspaniyanın Kataloniya Muxtar Bölgəsinin Girona şəhəri ətrafında baş verən meşə yanğınları səbəbindən təxminən 50 min nəfər təxliyə edilib.
AFN.az xəbər verir ki, İspaniyanın şərqindəki Kataloniya Muxtar Bölgəsinin Girona şəhərində ilk olaraq La Bisbal d'Emporda yaşayış məntəqəsində, daha sonra isə Vilademuls və Beskano qəsəbələrində küləyin təsiri ilə genişlənən yanğınlar 10-a yaxın yaşayış məntəqəsinə təsir edib.
Avropa Meşə Yanğınları Məlumat Sistemindən verilən açıqlamada yanğınlar səbəbindən təxminən 50 min nəfərin ehtiyat tədbiri olaraq ev və ya iş yerlərindən təxliyə olunduğu bildirilib.
Meşə yanğınları səbəbindən bəzi yolların nəqliyyatın hərəkətinə bağlandığını qeyd edən səlahiyyətlilər bölgə sakinlərinə zərurət yaranmadıqca küçəyə çıxmamaları və tüstüdən təsirlənməmək üçün pəncərələri bağlı saxlamaları barədə çağırış ediblər.



