ABŞ-ın Texas ştatında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
ABŞ-ın Texas ştatının şimalındakı Panhandle qəsəbəsində fevralın 26-da başlayan meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Ştat rəsmiləri Panhandledə baş verən yanğınlar səbəbindən 5 minə yaxın sakinin təxliyə edildiyini və yanğın başlayandan bəri təxminən 240 min hektar ərazinin təsirləndiyini bildirib.
Səlahiyyətlilər yanğınların saatda 64-96 kilometr sürətlə əsən küləklər səbəbiylə bölgəyə sürətlə yayıldığını və görünməni azaldan tüstü səbəbiylə bölgədə bir çox yolun nəqliyyata bağlandığını bildirib.
Texas qubernatoru Greg Abbott verdiyi açıqlamada fevralın 26-dan bəri davam edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.