Tramp Kanada, Meksika və Qrenlandiyanı ABŞ ərazisi kimi göstərən xəritə paylaşdı



ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Qrenlandiya da daxil olmaqla ətraf bölgələri ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb.

AFN.az xəbər verir ki, Tramp sosial media hesabından məsələ ilə bağlı paylaşım edib.

Paylaşımda ölkənin mövcud sərhədləri ilə yanaşı, Kanada, Meksika, Qrenlandiya və Kuba daxil olmaqla ətraf bölgələrin də ABŞ ərazisi kimi göstərildiyi görülüb.

Sözügedən görüntü Trampın ABŞ-ın Nyu-Meksiko ştatının adındakı “Mexico” sözünün üzərindən xətt çəkilərək onun yerinə “America” yazılan xəritəni paylaşmasından sonra yayılıb.

Meksikadan Trampın paylaşımına reaksiya verilib. Meksika Prezidenti Klaudiya Şeynbaum X platformasındakı hesabından etdiyi açıqlamada Trampın paylaşımına münasibət bildirib.

Şeynbaum Meksikanın azad, müstəqil və suveren ölkə olduğunu bildirərək, heç bir xarici ölkənin himayəsi altında olmadığını və olmayacağını ifadə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu