Fransada Renoir Muzeyindən təxmini dəyəri 9 milyon avro olan tablolar oğurlanıb



Fransanın cənubundakı Kanyes-sür-Mer şəhərində yerləşən Renoir Muzeyindən təxmini olaraq 9 milyon avro dəyərində olduğu bildirilən tabloların oğurlandığı açıqlanıb.

AFN.az xəbər verir ki, Kanyes-sür-Merin meri Bryan Masson sosial media hesabından etdiyi açıqlamada “Bu səhər 2 nəfər Renoir Muzeyinə daxil olaraq 4 sənət əsərini oğurlayıb” ifadəsini işlədib.

Masson muzeyin siqnalizasiya sisteminin yerli vaxtla saat 05:48-də işə düşdüyünü və 5 dəqiqə sonra bələdiyyəyə bağlı polis qruplarının hadisə yerinə gəldiyini bildirib. O, şəhərin təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilən 2 şəxsin qaçdığını qeyd edib.

Şübhəlilərin polis tərəfindən aktiv şəkildə axtarıldığını bildirən Masson hadisə ilə bağlı başlanmış istintaqın davam etdiyini açıqlayıb.

Masson “Renoir Muzeyinə hücum etmək Kanyes-sür-Mer tarixinin və irsinin bir hissəsinə hücum etməkdir” deyərək, ölkədəki muzeyləri və tarixi əsərləri qorumaq üçün nəhəng təhlükəsizlik layihəsinin başladılmasının vacibliyini vurğulayıb.

Yerli mətbuatda yayılan xəbərlərə görə, Masson oğurlanan tabloların təxmini dəyərinin 9 milyon avro olduğunu bildirib. O, oğruların qaçarkən 4 tablodan 2-sini geridə qoyduğunu qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu