İslandiya XİN Трампın paylaşımına görə ABŞ səfirini çağırıb



İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qunnarsdouttir Birləşmiş Ştatların Prezidenti Donald Trampın İslandiya ərazisinin Amerika bayrağının rənglərinə boyandığı xəritəni dərc etməsindən sonra ABŞ səfiri Billi Lonqu nazirliyə çağırıb.



Bu barədə RUV teleradio şirkəti məlumat verib.



Trampın "Truth Social" şəbəkəsində paylaşdığı xəritədə Birləşmiş Ştatlar, Mərkəzi Amerikanın bəzi ölkələri, Kanada, Qrenlandiya və İslandiya Amerika bayrağının rəngində təsvir olunub. Diplomatik qurumdan ABŞ səfiri ilə görüşdən sonra bildirilib: "Biz görüşdə bu paylaşımın tamamilə qəbulolunmaz olduğunu açıq şəkildə bildirdik".



Amerika lideri xüsusilə Kanadanın, eləcə də Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olması imkanlarını dəfələrlə dilə gətirib. Bundan əlavə, Tramp sosial şəbəkədə ABŞ-ın Nyu-Meksiko ştatının "Nyu-Amerika" adlandırıldığı bir neçə xəritə dərc edib. Sentyabrın 6-da o, adın bu şəkildə dəyişdirilməsini dəstəklədiyini bəyan edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu