Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb
Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb
AFN.az xəbər verir ki, Kolumbiya öz səfirini ABŞ-dan geri çağırıb. Bu barədə Reuters məlumat yayıb.
Kolumbiyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, qərar ABŞ prezidenti Donald Tramp-ın ABŞ-ın narkotik maddə daşımaqda şübhəli bilinən gəmilərə zərbələri nəticəsində yaranmış münaqişə ilə əlaqədardır. Tramp həmçinin Kolumbiya prezidentini Qustavo Petro qeyri-qanuni narkotik ticarətinin lideri adlandırıb. ABŞ-ın bu addımı nəticəsində tariflərin artırılması və ölkəyə bütün ödənişlərin dayandırılması planlaşdırılıb. Petro hökuməti bu hərəkəti təhqiramiz hesab edib.
"Kolumbiyanın ABŞ-dakı səfiri Daniel Qarsia-Penya məsləhətləşmələr üçün geri çağırılıb və hazırda Boqotadadır", - deyə Xarici İşlər Nazirliyi əlavə edib.


