Kolumbiya İsraillə xarici əlaqələri dayandırıb


Kolumbiya prezidenti Qustavo Petro İsrailin Kolumbiyaya təhlükəsizlik materialları ixracını dayandırmaq qərarından sonra İsrail ilə xarici əlaqələri dayandırmaq qərarına gəlib.


İsrailin Kolumbiyaya təhlükəsizlik materialları ixracını dayandırma qərarına reaksiya verən Petro X sosial media hesabından açıqlama verib: "İsraillə xarici əlaqələri dayandırmalı olsaq, edəcəyik. Kolumbiya prezidenti təhqir edilməməlidir. Mən Latın Amerikasını Kolumbiya ilə əsl həmrəylik nümayiş etdirməyə dəvət edirəm. Böyük Çako müharibəsində olduğu kimi, burada da yığılan tarix son sözünü deyəcək".

Kolumbiyanın azadlıq qəhrəmanlarını xatırladan prezident Petro bildirib ki, Bolivar və Narinonun öyrətdiyi kimi, Kolumbiya suveren, müstəqil və ədalətli xalqdır: "Bir gün İsrail ordusu və hökuməti adamlarının törətdiyi soyqırımı başlatdığına görə bizdən bağışlanma diləyəcək. Onları qucaqlayacağam, onlar Osvensimdəki və Qəzzadakı qırğın üçün ağlayacaqlar".

İsrail Kolumbiyanın Təl-Əvivdəki səfiri Marqarita Menjarezi Kolumbiya Prezidenti Qustavo Petronun Qəzzaya hücumlarla bağlı verdiyi açıqlamaya görə Xarici İşlər Nazirliyinə çağırıb.

İsrailin xarici işlər naziri Eli Koenin ofisindən verilən açıqlamada bildirilir ki, Koenin göstərişi ilə Xarici İşlər Nazirliyinin Latın Amerikası üzrə baş direktor müavini səfir Yonatan Peled Menjarezi Xarici İşlər Nazirliyinə çağırıb və Petronun anti-israil və antisemit bəyanatları ilə bağlı narazılığını çatdırıb.

Həmçinin İsrail Petronun açıqlamalarına cavab olaraq Kolumbiyaya hərbi ixracı dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu