Kolumbiya prezidentinin oğlu və keçmiş gəlini həbs edilib


Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro çirkli pulların yuyulmasında şübhəli bilinərək həbs edilib.


AFN.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" ölkənin Baş Prokurorluğuna istinadən xəbər verir.

Bildirilir ki, iyulun 29-da səhər saat 6-da məhkəmənin qərarına əsasən, aktivlərin yuyulmasında və qanunsuz varlanmada şübhəli bilinən Nikolas Fernando Petro Burqos barəsində həbs qətimkan tədbiri seçilib.

Prezidentin oğlunun keçmiş həyat yoldaşı da həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu