Baham adaları yaxınlığında kiçik təyyarə itib: Eyni ailədən 4 nəfərdən xəbər yoxdur



Baham adalarından ABŞ-ın Florida ştatına getmək üçün havaya qalxan və eyni ailədən dörd nəfərin olduğu kiçik təyyarə dənizə düşdükdən sonra itib. Bölgədə başlanan axtarış-xilasetmə işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

AFN.az xəbər verir ki, Baham adaları polisinin açıqlamasına görə, beş nəfərlik Piper tipli kiçik təyyarə Berri adalarına daxil olan Great Harbour Cay bölgəsindən havaya qalxıb.

Florida ştatındakı Mayami İdarəetmə Hava Limanına doğru hərəkət edən təyyarə ilə əlaqə Andros adasının təxminən 21 kilometr qərbində olarkən kəsilib.

Təyyarənin Şimali Andros sahillərində dənizə məcburi eniş etdiyi və ya qəzaya uğradığı ehtimal edilir.

Baham adalarının rəsmiləri əlaqənin kəsilməsindən sonra ABŞ Sahil Mühafizəsi ilə əlaqə saxlayaraq havadan dəstək istəyiblər. Axtarış fəaliyyətlərinə qoşulmaq üçün bölgəyə patrul təyyarəsi göndərilib.

Lakin bölgədə güclənən əlverişsiz hava şəraiti səbəbindən işlərə müvəqqəti olaraq ara verilməli olub. Axtarış-xilasetmə əməliyyatının nə vaxt yenidən başlayacağı hələlik məlum deyil.

Təyyarədə 80 yaşlı pilot Mario Lamar, 79 yaşlı həyat yoldaşı Lili Lamar və cütlüyün iki nəvəsinin olduğu məlum olub.

Ailə yaxınları təyyarənin qalıqlarına və yaxınlarına mümkün qədər tez çatmaq üçün səlahiyyətli şəxsləri və bölgədəki hər kəsi axtarış-xilasetmə işlərinə dəstək verməyə çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu