Filippində yoxa çıxan təyyarənin qalıqları tapılıb
Ötən həftə Filippində yoxa çıxan təyyarənin qalıqları 5 günlük axtarışlardan sonra tapılıb.
Rappler.com xəbər saytının məlumatına görə, ölkənin şərqindəki İzabela əyalətinin rəsmiləri noyabrın 30-da yoxa çıxan Filippin Hərbi Hava Qüvvələrinə məxsus “Piper PA-32-300” tipli kiçik təyyarənin qalıqlarının San Marianoda tapıldığını açıqlayıb.
Səlahiyyətlilər təyyarədəki pilot və sərnişinin axtarışlarının davam etdiyini bildirib.
Xatırladaq ki, noyabrın 30-da Kauayan hava limanından havaya qalxan təyyarə bir müddət sonra radarlardan itib.
Dekabrın 1-dən əlverişsiz hava şəraiti səbəbindən təyyarənin tapılması üçün havadan axtarış işləri dayandırılmışdı.