ABŞ maliyyə naziri: Hörmüz boğazının açılması ilə bağlı razılaşma əldə oluna bilər



ABŞ maliyyə naziri Skott Bessent İranla aparılan danışıqların davam etdiyini bildirərək, Hörmüz boğazının açılması ilə bağlı yaxın günlərdə razılıq əldə olunmasının mümkün olduğunu deyib.

AFN.az xəbər verir ki, Bessent bu barədə CNBC telekanalına müsahibəsində danışıb.

İranla danışıqların davam etdiyini vurğulayan Bessent "Bu gün və ya sabah Hörmüz boğazını açmaq üçün razılığa gəlmək ehtimalımız var" deyib.

ABŞ maliyyə naziri İranın boğazdan keçid üçün ödəniş alıb-almayacağı ilə bağlı suala cavabında qeyd edib ki, əldə olunacaq razılaşma Hörmüz boğazında sərbəst gəmiçilik hərəkətini təmin edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə daha əvvəl verdiyi açıqlamada "ABŞ ilə danışıqlar aparmırıq. Oman vasitəsilə keçirilən görüşlər yalnız Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinin təmin edilməsinə yönəlib" deyə qeyd edib.

ABŞ Prezidenti Donald Tramp da dünən açıqlamasında İranla danışıqların davam etdiyini və bu görüşlərin yaxşı razılaşmanın əldə olunması üçün İranın son şansı olduğunu bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu