Pezeşkian: Ərazi bütövlüyümüzü qoruyacağıq, lakin müharibəni genişləndirmək niyyətində deyilik



İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ərazi bütövlüyünü və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini, lakin müharibənin genişlənməsini istəmədiklərini bildirib.

AFN.az xəbər verir ki, o, bu barədə Tehranda keçirilən Milli Ailə Həkimliyi Proqramı mərasimində çıxışı zamanı danışıb.

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Pezeşkian ABŞ ilə davam edən qarşıdurmaya münasibət bildirərək, Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hücumlara toxunub.

Prezident deyib: "Ərazi bütövlüyümüzü bütün gücümüzlə qoruyacağıq, lakin müharibəni genişləndirmək və ya davam etdirmək niyyətində deyilik."

Pezeşkian çıxışında ölkədə səhiyyə sisteminin inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.

O bildirib: "Güclü və əhatəli səhiyyə sisteminə malik cəmiyyət zərər və təhdidlərə qarşı daha davamlı olur. Səhiyyədə ədalətin təmin edilməsi ölkənin səmərəli idarə olunması və davamlı inkişafı üçün ən mühüm şərtlərdən biridir."






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu