Aİ-yə dəniz yolu ilə gələn miqrantların sayı 37 faiz azalıb


2026-cı ilin birinci yarısında Aralıq dənizi marşrutları üzrə Avropa İttifaqına qanunsuz miqrant axını 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz azalıb.

AFN.az-ın xəbərinə görə, bu barədə Avropanın dəniz sərhədlərinə nəzarət agentliyi "Frontex"in məlumatlarına istinadən "Corriere della Sera" qəzeti xəbər verir.

Hesabat dövründə İspaniyaya miqrant axını 67 faiz (10 mindən bir qədər çox), İtaliyaya 55 faiz (14 mindən çox), Yunanıstana isə dəniz yolu ilə gələnlərin sayı 29 faiz (16,6 min) azalıb. Balkanlar üzərindən quru marşrutundan istifadə edənlərin sayında da 24 faizlik azalma qeydə alınıb.

Bununla belə, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən bəri Avropaya çatmaq istəyərkən 1,3 min nəfər həlak olub.

Qeyd edək ki, bu arada Aİ daxili işlər nazirləri İspaniyanın Seuta şəhərində yaşanan miqrant böhranı ilə bağlı təcili videokonfrans keçiriblər. İyulun sonlarında on minlərlə miqrantın Seutaya daxil olmasından sonra İspaniya ərazidə təhlükəsizliyi təmin etmək üçün hərbçiləri cəlb edib. Qeyd olunur ki, İtaliya İspaniya ilə Şengen sazişinin fəaliyyətini müvəqqəti dayandıraraq diplomatiya sahəsində gərginliyə səbəb olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu