İlin ilk iki ayında İspaniyaya 9141 qeyri-qanuni miqrant gəlib

İspaniya Daxili İşlər Nazirliyi bu ilin ilk iki ayında ölkəyə 9141 qeyri-qanuni immiqrantın gəldiyini açıqlayıb.
Nazirlik tərəfindən açıqlanan 2025-ci il məlumatlarında İspaniyaya gələn 9141 qeyri-qanuni immiqrantdan 8969-nun ölkəyə 217 qayıqla daxil olduğu bildirilib.
Şimali Afrika sahillərindən İspaniyaya nizamsız miqrasiya üçün ən çox istifadə edilən yol olan Kanar adalarına yanvar və fevral aylarında gələn qeyri-qanuni miqrantların ümumi sayı 7138 olaraq qeyd edilib.
Nazirlik İspaniyaya gələn qeyri-qanuni mühacirlərin sayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalma olduğu barədə məlumatı paylaşıb.
Balear adaları İspaniyada bir il əvvələ görə qeyri-qanuni miqrant axınının artdığı yeganə bölgə olsa da, 2024-cü ilin ilk 2 ayı ilə müqayisədə 2025-ci ildə bura gələn qeyri-qanuni miqrantların sayında 17,8 faiz artım olduğu ifadə edilib.
Qeyd edək ki, İspaniyaya gələn qeyri-qanuni miqrantların sayı 2024-cü ildə rekord qıraraq 46 min 843 olaraq açıqlanıb.