Mərakeşdə 130 seneqallı qeyri-qanuni miqrant xilas edilib


Mərakeş sahil mühafizəçiləri ölkənin cənubundakı Daxla əyalətinin sahillərində quruya çıxan qayıqdan 130 seneqallı qeyri-qanuni miqrantı xilas ediblər.


Mərakeş rəsmi agentliyi MAP-ın xəbərində, dünən sahilə çıxan sözügedən qayığın yerini sahil mühafizə qüvvələrinin təyin etdiyi bildirilib.

Xəbərdə Seneqaldan olan 130 qeyri-qanuni immiqrantın gəmidə xilas edildiyi bildirilərək, adı çəkilən mühacirlərin məhkəmə prosesinin tamamlanması üçün səlahiyyətlilərə təhvil verildiyi qeyd edilib.

Xəbərdə sözügedən qayığın İspaniyanın nəzarətindəki Kanar adalarına getmək üçün Seneqalın Thies şəhərindən yola düşdüyü bildirilib.

Mərakeş Daxili İşlər Nazirliyi iyun ayında verdiyi açıqlamada ilin ilk 5 ayında 25 519 qeyri-qanuni miqrasiya cəhdinin qarşısının alındığını və 3 150 qeyri-qanuni miqrantın xilas edildiyini bildirmişdi.

Mərakeş Avropa sahillərinə yaxın coğrafi mövqeyinə görə qeyri-qanuni miqrantların sıx tranzit məntəqəsi kimi istifadə etdiyi bölgələr arasındadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu