İspaniyanın Kadis sahillərində qayıqdan atılan 4 qeyri-qanuni miqrant ölüb


Dünən İspaniyanın cənubundakı Kadis sahillərinə sürətli qayıqla gətirilərək dənizə atılan 27 qeyri-qanuni immiqrantdan 4-ü boğularaq ölüb, 23-ü xilas edilib.



Dünən immiqrant qaçaqmalçılığı ilə məşğul olan cinayət təşkilatı üzvləri tərəfindən Mərakeş sahillərindən aparılaraq güclü mühərrikləri olan Zodiac tipli sürətli qayıqla Kadizin San Fernando körfəzinə gətirilən 27 qeyri-qanuni immiqrant sahilə yaxın dənizə atılıb. Cinayətkar təşkilatın üzvləri sürətlə ərazidən qaçıblar.

İspaniya Qırmızı Xaç Cəmiyyəti həmçinin sahilə çatan qeyri-qanuni miqrantlardan 4-nün hipotermiya əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu