Kataloniya Seutaya qanunsuz daxil olan miqrant uşaqları qəbul etməməyə çağırıb


İspaniyanın Kataloniya Muxtar Vilayəti Seutadan valideyn müşayiəti olmadan gələn azyaşlı miqrantları qəbul etməməlidir və buna hazır deyil.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu "Kataloniya naminə birgə" partiyasının nümayəndəsi Miriam Nogeras bildirib.

O, Kataloniyanın əlavə yük götürə bilməyəcəyini vurğulayaraq, regionun İspaniya hökumətinin sərhədlərə nəzarət edə bilməməsinin və digər muxtar vilayətlərin miqrantları qəbul etməkdən imtina etməsinin bədəlini ödəməməli olduğunu qeyd edib. Partiya nümayəndəsi miqrasiya sahəsində səlahiyyətlərin təcili olaraq muxtar regionun hökumətinə verilməsini tələb edib.

Qeyd edək ki, Seuta hökumətinin başçısı Xuan Xesus Vivas şəhərdəki vəziyyəti "xaotik və qeyri-sabit" kimi qiymətləndirib. Onun sözlərinə görə, sığınacaqlardakı azyaşlı miqrantların sayı müəyyən edilmiş tutumu aşıb və hazırda şəhərdə 1,1 minə yaxın uşaq var.

İspaniya hakimiyyətinin məlumatına görə, iyulun sonlarında 72 minə yaxın qanunsuz miqrant Seutaya daxil ola bilib. Hadisələr zamanı ən azı 75 nəfərin həlak olduğu bildirilir. Miqrantların təxminən 70 mininin artıq Mərakeşə qaytarıldığı ehtimal edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu