Son 72 saatda Kanar adalarına mindən çox qeyri-qanuni mühacir gəlib
Son 72 saat ərzində Şimali Afrika sahillərindən İspaniyanın cənub-qərbindəki Kanar adalarına mindən çox qeyri-qanuni immiqrant gəlib. Onlardan 6-nın səfər zamanı dünyasını dəyişdiyi bildirilib.
Kanar Adaları muxtar hökuməti, Sahil Mühafizə Təşkilatı və Qırmızı Xaç rəsmilərinin İspaniya mətbuatına verdiyi açıqlamalarda Kanar adaları qrupundan 11 qayıqla El Hierro, Tenerife və Böyük Kanaryaya 26 yanvar cümə günündən 29 yanvar səhərinə qədər mindən çox qeyri-qanuni immiqrantın gəldiyi qeyd edilib.
Mali, Seneqal, Mavritaniya, Qambiya, Kamerun, Fil Dişi Sahili və Qvineya Respublikası kimi Afrika ölkələrinin vətəndaşı olduğu bildirilən qeyri-qanuni mühacirlərdən 6-nın səfər zamanı Kanar adalarında həyatını itirdiyi və qəbiristanlıqlarda dəfn edildiyi açıqlanıb.
Qeyri-qanuni mühacirlər arasında qadın və uşaqların da olduğu paylaşılıb.
Şimali Afrikadan qeyri-qanuni immiqrasiya üçün ən çox istifadə edilən dəniz yolu olan Kanar adalarına 2023-cü ildə rekord sayda 39 min 910 qeyri-qanuni immiqrant gəlib.
İlin əvvəlindən Kanar adalarına gələn qeyri-qanuni mühacirlərin sayı 5 mini keçib.