Şimali Afrikadan Kanar adalarına gələn qeyri-qanuni miqrantlardan 2-si qayıqda dünyasını dəyişib
Şimali Afrika sahillərini tərk edərək İspaniyanın cənub-qərbindəki Kanar adaları qrupuna gələn 36 qeyri-qanuni immiqrantı daşıyan qayıqda 2 nəfərin öldüyü bildirilib.
EFE xəbər agentliyinin Kanar adaları yerli hökumət qaynaqlarına əsaslanaraq verdiyi xəbərdə, Sahil Mühafizə qruplarına dünən gecə Böyük Kanar adasının 140 kilometr cənubunda qeyri-qanuni mühacirləri olan bir qayığın yaxınlaşdığına dair xəbər aldığı bildirilib.
Səhər saatlarında sözügedən qayığa çatan Sahil Mühafizə gəmisindəki qrupların qeyri-qanuni immiqrantlardan 2-nin öldüyünü müəyyən edərək, aclıq və susuzluq səbəbiylə sağlamlıq vəziyyəti çox pis olan 34 nəfərdən 15-nin vertolyotlarla xəstəxanaya köçürüldüyü qeyd edilib.
Bildirilib ki, tibb qrupları ürəkləri dayanmış 15 və 16 yaşlı iki qeyri-qanuni immiqrantı etdikləri müdaxilə ilə həyata qaytara bilib.
Qeyd edək ki, martın 6-da nizamsız miqrasiya üçün ən çox istifadə edilən yerlərdən biri olan Kanar adalarında 5 nəfər həyatını itirmişdi.